Cəlilabadda küləyin törətdiyi FƏSADLAR: Bölgə işıqsız qaldı, ağaclar qırıldı - VİDEO

Cəlilabadda küləyin törətdiyi FƏSADLAR: Bölgə işıqsız qaldı, ağaclar qırıldı - VİDEO

Hazırda oxunan: Cəlilabadda küləyin törətdiyi FƏSADLAR: Bölgə işıqsız qaldı, ağaclar qırıldı - VİDEO

132130

Cəlilabadda baş verən güclü küləyin fəsadları aradan qaldırılır.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xəttləri qırılıb, rayon mərkəzi də daxil olmaqla bir neçə kənd işıqsız qalıb.

Həmçinin güclü külək onlarla ağacı aşırıb.  

Təbiət hadisəsi rayonun Göytəpə şəhərində də ciddi fəsadlar törədib. Belə ki, külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb, yol bağlanıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib.  
Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır.
 


 
 
 
Elşən Feyzullayev.Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO