Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs HƏBS EDİLDİ

Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs HƏBS EDİLDİ

132041

Aprelin 18-də Astara rayonunda xüsusi cihaz vasitəsilə qızıl axtaran şəxs polis tərəfindən saxlanılıb. 

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Hamuşam kəndində baş verib. 

Kənd sakinləri polisə müraciət edərək 1977-ci il təvəllüdlü Vidadi Vəliyevin (şərti ad-soyadlı) yaşadıqları ərazidə qanunsuz qızıl axtardığını və ondan şikayətçi olduqlarını bildiriblər.
Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi Astara Rayon Polis Şöbəsinə aparmaq istəyiblər. Bu zaman V.Vəliyev qanunsuz əməl törətmədiyini deyərək etiraz edib. 

Polislərin məcburi qaydada RPŞ-yə apardıqları şəxs barəsində inzibati protokol tərtib edilib. 

Xüsusi cihazla qızıl axtaran şəxs daha sonra Astara Rayon Məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO