Azərbaycan və İsrail birgə kadrlar hazırlayacaq - FOTO

Azərbaycan və İsrail birgə kadrlar hazırlayacaq - FOTO

Hazırda oxunan: Azərbaycan və İsrail birgə kadrlar hazırlayacaq - FOTO

131935

Azərbaycan Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri Aşer Şalmonla görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb:

Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya - virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq”.

Sonda T.Musayev iki ölkə arasında səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri ölkələrimiz arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. A.Şalmon İsrail Səhiyyə Nazirliyinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu bildirib.
Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, ölkələrimizin səhiyyə nazirlikləri arasında tibbi heyətin təlimlər keçməsi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, hər iki ölkənin səhiyyə nazirlərinin səfər perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO