Ermənistan parlamentində dava düşüb.
Bizim.Media “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan parlamentində gərgin anlar yaşanıb.
Erməni deputat Taqui Tovmasyan bəyan edib ki, o, siyasi aksiya keçirir və tribunadan çıxmaq fikrində deyil.
Onu tribunadan uzaqlaşdırmaq və müxalifətçi deputatları parlament zalından çıxarmaq üçün spiker Alen Simonyan təhlükəsizlik əməkdaşlarını iclas zalına çağırıb.
Bundan sonra deputatlarla mühafizəçilər arasında dava başlayıb.
Bizim.Media