Türkiyənin tanınmış aktyoru Rana Cabbar vəfat edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 78 yaşında dünyasını dəyişib.
O, son bir neçə gündür xəstənada müalicə olunurdu.
Qeyd edək ki, R.Cabbar “Aşkı Memnu” serialında Süleyman Efendi rolu ilə məşhur olub. Aktyor son olaraq "Hercai", "Baraj", "Üç kuruş", "Kaçış" kimi seriallarda rol alıb.
Bizim.Media