Aktrisa Aydan: “ABŞ səfirliyində başımızı gizlətməyə yer axtarırdıq

Aktrisa Aydan: “ABŞ səfirliyində başımızı gizlətməyə yer axtarırdıq" - VİDEO

Hazırda oxunan: Aktrisa Aydan: “ABŞ səfirliyində başımızı gizlətməyə yer axtarırdıq" - VİDEO

131838

Aktrisa Aydan Axundzadə 7 il əvvəl Nyu-Yorkda lentə alındığı və baş rola çəkildiyi “Həddən artıq uyğunluq” filmi ilə bağlı etiraf edib.

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı qonaq olduğu “Səhər mərkəzi” verilişində danışıb.

Viza almaq üçün ABŞ səfirliyinə müraciət edən Aydan bildirib ki, ona ciddi olmaq tapşırılsa da, gülməyini saxlaya bilməyib: 

“Tural (aparıcı Tural Əsədov – red.) məndən əvvəl Amerikaya getmişdi. Çox gözəl vaxtlar idi. ABŞ-ın Azərbaycandaki səfirliyinə gedəndə bizə demişdirlər ki, ciddi olun. Sizi kameralardan izləyirlər. Biz orada özümüzə yer tapa bilmirdik. Başımızı bilmirdik harada gizlədək ki, gülməyək. Filmin rejissoru Ülviyyə Könül səfirlikdə bizə göz ağardırdı ki, ciddi olun, gülməyin.
Biz isə gülməkdən dayana bilmirdik. Hər şeyə baxıb gülürdük. Onun özünü də gülmək tutmuşdu. Amma biz gülə-gülə vizanı aldıq. Tural on gün idi ki, ABŞ-da idi. Mən isə cəmi iki sutkalıq ora getmişdim. Məni on doqquz saat uçuşdan sonra təyyarədən götürüb, geyindirib, özümə gətirdilər ki, yuxulamayım. Apardılar çəkilişə. İki sutka çəkilişlər oldu, heç Nyu-Yorku yaxşı görə bilmədim və Bakıya qayıtdım”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO