“Sumqayıt” daha bir futbolçu ilə müqaviləni uzadacaq

“Sumqayıt” daha bir futbolçu ilə müqaviləni uzadacaq

Hazırda oxunan: “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni uzadacaq

131669

"Sumqayıt"ın aparıcı üzvü Murad Xaçayev yeni mövsümə də böyük ehtimalla hazırkı komandasında başlayacaq.  

Bizim.Media xəbər verir ki, yarımmüdafiəçiyə bir neçə komandadan təklif olsa da, Xaçayev özü də hazırkı klubunda qalmaq niyyətindədir.  

"Kimyaçılar" Premyer Liqadakı yerini qoruyub-saxlaya bilsə, 25 yaşlı futbolçu ilə müqavilə müddəti uzadılacaq.  

Xaçayevin hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. Azərbaycanın U-19, U-21 və əsas millisində oynamış yarımmüdafiəçi Ukrayna Premyer Liqasında yarışan "Zarya"nın transfer siyahısında yer almışdı. "Şaxtyor" yetirməsi olan futbolçu 2018-ci ildə "Sumqayıt"a keçib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO