Cavanşir Məmmədov: “Müğənnilərin eyibini örtən banklardır“ - VİDEO

Cavanşir Məmmədov: “Müğənnilərin eyibini örtən banklardır“ - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov: “Müğənnilərin eyibini örtən banklardır“ - VİDEO

131620

“Biz incəsənət nümayəndələri açıq insanlarıq. Bir misal var: “Kartları açıq oynamaq”. Amma yalan danışan müğənnilər də var. Bizim sənətçilər toyla dolanırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətkar bildirib ki, müğənnilər toylardan qazandığı pullarla deyil, banklar vasitəsi ilə ev və avtomobilə sahibləniblər: 

“Toy hər zaman olmur. İki ay “Məhərrəmlik”, bir ay “Orucluq”, may ayında toy olmur, iyul-avqust aylarında insanlar istirahətə gedirlər. Yanvar-fevral aylarında isə yağış yağır, yolları qar basır, gedib-gəlməkdə çətinlik yaranır. Qaldı yeddi-səkkiz ay. Dörd ay toya gedib, çörək qazanırsan.

Dörd ayı böl on iki aya. Bu nə deməkdir? Bizim sənət adamlarının eyibini örtən banklardır. Hamısı bankların köməyi ilə ev, avtomobil alırlar. Amma müğənnilər yekə-yekə danışmasınlar, insanları aldatmasınlar. Ola bilər ki, sənin gəlir mənbəyin başqa sahədəndir. Bunu isə sənətdən qazandığın pula “sintez” eləmə”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO