Bakı metrosu gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK

Bakı metrosu gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK

Hazırda oxunan: Bakı metrosu gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK

131608

Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək.

Bu barədə Bizim.Media-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

“Bakı Metropoliteni” QSC-nin tədbirlər planına əsasən, əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.

Qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində aprelin 21-də 2,5 dəqiqə, ayın 22-dən 24-dək 3 dəqiqə intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq.

Sərnişin axınının tənzimlənməsi məqsədilə zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

“Bakmil” istiqamətinə və əks istiqamətdə qatarların hərəkət cədvəli aprelin 21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO