Doktoranturaya qəbulda YENİ QAYDA

Doktoranturaya qəbulda YENİ QAYDA

Hazırda oxunan: Doktoranturaya qəbulda YENİ QAYDA

131583

"Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda edilən dəyişiklikdə bildirilib.

Qeyd edək ki, indiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatı da əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO