Zakir Həsənov qazaxıstanlı həmkarı ilə hərbi-texniki əməkdaşlığı MÜZAKİRƏ ETDİ - FOTO/VİDEO 

Zakir Həsənov qazaxıstanlı həmkarı ilə hərbi-texniki əməkdaşlığı MÜZAKİRƏ ETDİ - FOTO/VİDEO 

Hazırda oxunan: Zakir Həsənov qazaxıstanlı həmkarı ilə hərbi-texniki əməkdaşlığı MÜZAKİRƏ ETDİ - FOTO/VİDEO 

131506

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib.

Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. 

Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 
Sonda xatirə fotosu çəkdirilib. 
 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO