Laçın şəhərində inşa olunacaq fərdi evlərin sayı açıqlanıb – YENİ RƏQƏMLƏR

Laçın şəhərində inşa olunacaq fərdi evlərin sayı açıqlanıb – YENİ RƏQƏMLƏR

Hazırda oxunan: Laçın şəhərində inşa olunacaq fərdi evlərin sayı açıqlanıb – YENİ RƏQƏMLƏR

131481

“Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib: 

“Eyni zamanda, 140-dan çox mənzil hazır olacaq. Yəni beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”.

Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO