Bu il qəbul balları aşağı salınacaq? – DİM-dən AÇIQLAMA 

Bu il qəbul balları aşağı salınacaq? – DİM-dən AÇIQLAMA 

Hazırda oxunan: Bu il qəbul balları aşağı salınacaq? – DİM-dən AÇIQLAMA 

131376

Bu il 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən keçid ballarının aşağı düşəcəyi ehtimal olunur. Xüsusilə də, balların ötən illərlə müqayisədə nisbətən aşağı olması bu ehtimalı gündəmə gətirib.

Belə ki, martın 5-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən, ən yüksək göstərici 296 baldır.

Bəs, bu il keçid ballarının aşağı enəcəyi barədə proqnozlar realdır? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, keçid ballarının düşəcəyi barədə verilən məlumat  yanlışdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ali məktəblərə qəbul imtahanına qeydiyyat BAŞLANDI


“Keçid balı əvvəlcədən heç bir zaman müəyyən oluna bilməz. Keçid balı müsabiqənin sonunda abituriyentlərin sayı, imtahan nəticələri, ixtisas seçimi və plan yerlərinə əsasən özlüyündə formalaşır”.

Təhsil eksperti Elşən Qafarov da keçid ballarının əvvəlcədən müəyyənləşdirilə bilməyəcəyini qeyd edib:

"Qəbul imtahanlarında keçid balları abituriyentlərin topladığı bala və onların sayının nisbətinə görə hesablanaraq müəyyən olunur. Qabaqcadan qəbul imtahanlarının keçid ballarını bilmək olmur. Nəticələr çıxdıqdan sonra bilmək olur ki, balları aşağı salmağa ehtiyac yaranır, yoxsa yox”.

Elşən Qafarov qəbul ballarının aşağı olması ilə bağlı proqnozlarını da bölüşüb:

“Amma ümumillikdə, mexanizmin özü doğru deyil. Ümumiyyətlə, bu şəkildə bal həddini qoyulması və qruplar üzrə imtahan keçirilməsi düzgün mexanizm deyil. Biz illərdir təklif edirik ki, DİM qrup imtahanlarını ləğv edərək ixtisas imtahanları keçirsin.

Mexanizm eyni qalsın, amma abituriyentlər qruplara deyil, ixtisas üzrə hazırlaşsınlar və o üzrə imtahan versinlər. İndiki situasiyada isə nəticələr bəlli olandan sonra keçid ballarının aşağı olacağına inanırıq".

Ziya Hikmətoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO