“İran ordusu Zəngəzurda yalnız işğalçı kimi peyda ola bilər” – Tofiq Zülfüqarov

“İran ordusu Zəngəzurda yalnız işğalçı kimi peyda ola bilər” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “İran ordusu Zəngəzurda yalnız işğalçı kimi peyda ola bilər” – Tofiq Zülfüqarov

131375

“Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi İran qoşunlarının Zəngəzura yerləşdirilməsi ideyasından ehtiyatlanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?


Keçmiş nazir İran və Ermənistan arasında hərbi əməkdaşlıq perspektivlərinə diqqət çəkib:

“Tez-tez və “vizual” olaraq qarşılıqlı, deklorativ, siyasi təkliflərə baxmayaraq, Tehran və İrəvan arasında “qarşılıqlı yardım haqqında” hər hansı ikitərəfli sazişin hazırlanması barədə məlumat yoxdur. Yəni, İran hərbçisinin Ermənistan ərazisində görünməsi üçün heç bir hüquqi əsas yaradılmayıb.

Digər tərəfdən, erməni təxribatı olacağı təqdirdə, Azərbaycan hərbçisi Zəngəzurda düşmənin atəş nöqtələrini sıxışdırmağa məcbur olacaqsa, İran ordusunun hərbçisi orada ancaq işğalçı kimi peyda ola bilər”.

Tofiq Zülfüqarov İranın Zəngəzurda öz qüvvələrini yerləşdirmək ehtimalının baş tutmamasının səbəblərindən də söz açıb:

Birincisi, Ermənistan rəhbərliyi buna hazır deyil. Çünki İran qoşunlarının ərazisinə yerləşdirilməsi Ermənistanın Qərb və Rusiya ilə münasibətlər sisteminin dağılmasına gətirib çıxaracaq.

İkincisi, İran rəhbərliyi hazır deyil. Ona görə ki, bu addım üçün Qərb və Rusiya Federasiyası ilə qarşıdurmaya, ən əsası isə ölkə əhalisinin etirazlarına və siyasi elitada etnik zəmində parçalanmaya hazır olmaq lazım gələcək.

Yuxarıda deyilənlərlə əlaqədar olaraq, “müttəfiqliyin” yeganə forması mümkün görünür. O da, ərəb ölkələrindən və İranın özündən “İran vaqnerçiləri”nin (İranın proksi qüvvələri) əraziyə cəlb olunmasından ibarətdir. Belə bir perspektiv də, yumşaq desək, Ermənistanın özü üçün belə nikbin görünmür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO