Kardiologiya İnstitutunda yoxlama başladı

Kardiologiya İnstitutunda yoxlama başladı

Hazırda oxunan: Kardiologiya İnstitutunda yoxlama başladı

131357

Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar başlayıb.

Bizim.Media Medicina.az-a istinadla xəbər verir ki, bununla bağlı xüsusi yoxlama komissiyası yaradılıb.

İnstitutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.

Komissiyaya tapşırılıb ki, bu həftə ərzində İnstitutda təşkilati, elm, kadr məsələləri, göstərilən tibbi xidmət, maddi-texniki baza, bina və digər tikililər barədə cari vəziyyətin monitorinqi aparılıb, nəticəyə dair arayış təqdim edilsin.
Qeyd edək ki, bir neçə gün əvvəl İnstitutun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə bir sıra ciddi nöqsanlarla bağlı məlumat yaymışdıq.

İnstitutun mətbuat xidməti isə bu məlumatı təkzib etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO