Klinsman “Tottenhem”in baş məşqçisi ola bilər

Klinsman “Tottenhem”in baş məşqçisi ola bilər

Hazırda oxunan: Klinsman “Tottenhem”in baş məşqçisi ola bilər

131326

“Tottenhem” Yurgen Klinsmannı baş məşqçi təyin edə bilər.  

Bizim.Media “Kicker”ə istinadən xəbər verir ki, London klubunun sükanı arxasına keçməyə namizədlərdən biri də Almaniya millisinin sabiq futbolçusudur. 

Qeyd edək ki, o, fevral ayından Cənubu Koreya yığmasını çalışdırır. 

“Tottenhem”in namizədlər siyahısında Brendan Rocers, Vensan Kompani, Maurisio Poçettino, Qrem Potter və Yulian Naqelsmann da var. 

Antonio Kontenin istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini Kristian Stellini yerinə yetirir. 

31 turdan sonra “Tottenhem” 53 xalla İngiltərə Premyer Liqasında 5-ci yeri tutur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO