Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatət hakim tərəfindən qəbul edilməyib.
Təqsirləndirilən şəxsin vəkili Elvin Əliyev Rəşad Əmirov (Dağlı) və zərərçəkmiş şəxsin ailə sirlərinin açıqlana bilmə ehtimalına görə prosesin qapalı keçirilməsi üçün vəsatət qaldırıb. Lakin əsaslandırılma olmadığı üçün hakim vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.
Ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
23:00 / 17.04.2023
Rəşad Dağlının məhkəməsində ailə sirri qalmaqalı - VİDEO
Hazırda oxunan: Rəşad Dağlının məhkəməsində ailə sirri qalmaqalı - VİDEO
Hazırda oxunan: Rəşad Dağlının məhkəməsində ailə sirri qalmaqalı - VİDEO
131314
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.