Sonuncu Qədr gecəsində hansı əməllər savab sayılır? – QMİ rəsmisindən AÇIQLAMA

Sonuncu Qədr gecəsində hansı əməllər savab sayılır? – QMİ rəsmisindən AÇIQLAMA

Hazırda oxunan: Sonuncu Qədr gecəsində hansı əməllər savab sayılır? – QMİ rəsmisindən AÇIQLAMA

131254

Bu gün aprelin 17-dən 18-nə keçən gecə “Quran”da “min aydan daha xeyirli” olduğu bildirilən sonuncu Qədr gecəsi gerçəkləşəcək.

İslamda “Quran”ın nazil olunmağa başladığı Qədr gecəsi “səma qapılarının açıldığı, duaların və tövbələrin qəbul olunduğu mübarək gecə” hesab edilir.

“Quran”da adı keçən yeganə gecə olan Qədr gecəsi belə təsvir edilir:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. Mələklər və ruh (Cəbrail)  o gecə Rəbbinin izni ilə hər iş üçün təkrar-təkrar enər. O gecə sübhə qədər rifah və əmin-amanlıq var.”

Bəs, bu gecənin savab əməlləri hansılardır və necə idrak olunmalıdır?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI


Bizim.Media-nın sualını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, ilahiyyatçı alim hacı Fuad Nurullah cavablandırıb. 

Hacı bildirib ki, dini qaynaqlarda Qədr gecəsinin tam olaraq hansı günə düşdüyü təsbit olunmasa da, Ramazan ayının son 10 gününün içərisində və tək gecələrdə olduğuna dair rəvayətlər var: 

“Qədr gecəsinin Ramazan ayının son on günü içərisində olduğu bildirilir. Bu gecənin hansı günə təsadüf etdiyini bilmədiyimizə görə son on günün ərzində bu gecələri xüsusi əhval-ruhiyyə ilə keçirmək, əhya etmək tövsiyə olunur. Gecələri ibadət, namaz və dualarla, qəza namazlarını qılmaqla keçirək. İnsanlara bu vaxta qədər qıla bilmədikləri nafilə və ya qəza namazlarını bu gecələrdə qılınması tövsiyə olunur və bunlar savab əməllərdən hesab edilir”.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO