Berluskoni reanimasiyadan çıxdı - Səhhəti yaxşılaşıb

Berluskoni reanimasiyadan çıxdı - Səhhəti yaxşılaşıb

Hazırda oxunan: Berluskoni reanimasiyadan çıxdı - Səhhəti yaxşılaşıb

131105

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milanın San Raffaele xəstəxanasının reanimasiya şöbəsindən çıxıb və adi palataya köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Berluskoni reanimasiyaya yerləşdirildi


86 yaşlı Berluskoni ağciyər infeksiyası ilə xəstəxanaya yerləşdirildikdən sonra 12 gün reanimasiyada yatıb.

Bazar günü həkimlər köçürülmənin Berluskoninin klinik vəziyyətindəki “davamlı yaxşılaşma” sayəsində mümkün olduğunu söyləyib. İndi o, adi xəstəxana palatasında qalacaq.

Xatırladaq ki, daha öncə həkimlər İtaliyanın keçmiş baş nazirinin bir müddətdir ki, leykoz xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO