Dünyada baş verən bütün savaşların bir cəbhəsi də media üzərindən açılır
Qarabağ münaqişəsinin bütün tarixi boyu düşmən dünya ictimaiyyətini öz tərəfinə çəkmək, həm də daxildə stabilliyi pozmaq üçün bu üsuldan böyük məharətlə istifadə etməyə çalışıb.
30 illik vaxt ərzində qərarlaşdığı yerlərdə hərbi müdafiə istehkamları tikməklə bərabər, ermənilər beynəlxalq ictimaiyyəti aldatmaq üçün xeyli işlər görüblər.
Azərbaycanın apardığı haqq savaşında informasiya cəbhəsi təbii olaraq nəzərdən qaçırılmayıb. Müxtəlif ölkələrin mətbuatında çıxışlar, reportajlar yayımlanaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq.
Həm real, həm diplomatik, həm də informasiya cəbhəsində Ali Baş Komandan İlham Əliyevin gördüyü işlər isə misilsizdir.
Prezident informasiya müharibəsində də düşməni göz açmağa qoymur. Müharibə başlayandan bu günə qədər (29 gün) 16-sı televiziya, 2-si informasiya agentliyi, 2-si qəzet olmaqla 20 beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibə verib.
Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyəti ilə bölüşüb. Bütün informasiya hücumları qətiyyətlə dəf edilib.
Nəzərə alsaq ki, bu media qurumlarının əksəriyyəti Azərbaycan əleyhinə köklənmiş, ermənipərəst siyasəti ilə seçilən ölkələrin mətbuat təmsilçiləridir, mənzərənin nə qədər ciddi olduğu üzə çıxar.
Prezident İlham Əliyevin müsahibələri:
1. 29 sentyabr 2020 - “Rossiya-1” televiziya kanalı
2. 02 oktyabr 2020 - “Əl-Cəzirə” televiziya kanalı
3. 04 oktyabr 2020 - “Əl-Ərəbiyə” televiziya kanalı
4. 05 oktyabr 2020 - “TRT Haber” televiziya kanalı
5. 06 oktyabr 2020 - “Pervıy Kanal” televiziyası
6. 07 oktyabr 2020 – CNN Türk televiziyası
7. 07 oktyabr 2020 - “Euronews” televiziyası
8. 09 oktyabr 2020 - “CNN International” televiziya kanalı
9. 09 oktyabr 2020 - “Sky News” televiziya kanalı
10. 10 oktyabr 2020 - RBK televiziya kanalı
11. 12 oktyabr 2020 - “Haber Global” televiziya kanalı
12. 13 oktyabr 2020 - “Haber Türk” televiziya kanalı
13. 14 oktyabr 2020 - “France 24” televiziya kanalı
14. 15 oktyabr 2020 - NTV televiziyası
15. 15 oktyabr 2020 - Ria Novosti agentliyi
16. 16 oktyabr 2020 - “A Haber” televiziya kanalı
17. 19 oktyabr 2020 - TASS informasiya agentliyi
18. 21 oktyabr 2020 - “Nikkei” qəzeti
19. 24 oktyabr 2020 - “Figaro” qəzeti
20. 25 oktyabr 2020 - “Fox News” televiziya kanalı
Bu müsahibələr həm ölkə daxilində, həm də beynəlxalq arenada dönə-dönə izlənilib. Azərbaycan vətəndaşına qürur verməklə bərabər, dünyanın bir çox ölkələrinin gündəmində xüsusi yer tutub. Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin çıxışlarından həm münaqişə haqqında məlumatlanıblar, həm də Ali Baş Komandanın və onun ölkəsinin iradəsinin şahidi olublar.
Müqayisə üçün bir-iki misal gətirək:
1. Azərbaycan Respublikası Prezidentinin oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibə həftənin dünya üzrə ən çox oxunan yazısı olub.
2.Qonşu Gürcüstanda İlham Əliyevin çıxışları ən sadə xəbər portalları üzərindən 80-100 min baxış əldə edib. Gürcüstan ictimaiyyəti prezidentimizin çıxışlarından ilhamlanaraq ölkə başçısının tarixə çevrilmiş ifadələrini öz ölkələri üçün də sloqan kimi istifadə edirlər. “Qarabağ Azərbaycandır!”, “Biz düşməni iti qovan kimi qovuruq!” kimi ifadələr indi qardaş Gürcüstanda dillər əzbəridir.
3. Türkiyə Cümhuriyyətində də Azərbaycan Prezidentinin hər çıxışı ən populyar televiziya verilişləri, parlaq futbol derbiləri kimi izlənilir.
4. Rusiyada və İranda yaşayan azərbaycanlılar həmin çıxışlar zamanı televizorların qarşısını tərk etmirlər. Azərbaycan kanallarını peyk üzərindən dönə-dönə izləyirlər.
5. Və ən maraqlısı, bu çıxışlar Ermənistanda və Qarabağın hələ azad olunmamış Şuşa və Xankəndi şəhərlərində həyəcan və qorxu ilə baxılır. Onlar Prezidentimizin hər sözündən özləri üçün nəticələr çıxarırlar.
Vəli Əkbər, Bizim.Media