Roza Zərgərli:

Roza Zərgərli: "Heç zaman heç kimin ailəsini dağıtmamışan" - VİDEO 

Hazırda oxunan: Roza Zərgərli: "Heç zaman heç kimin ailəsini dağıtmamışan" - VİDEO 

130991

"Məni satan insanı (keçmiş həyat yoldaşını nəzərdə tutur - red.) bir daha qəbul etmərəm. Mən yalançılığa satmaq deyirəm. Keçmiş həyat yoldaşım mənə yalan danışdı. Onun o yalanının nə olduğu haqda danışmaq istəmirəm, amma onunla münasiblərimi kəsib, atdım. Bu qərara beş il ərzində gəldim. Qərar verdiyim andan etibarən hər şey bitdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Təsir dairəsi" ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, 18 illik evlilik həyatına son qoymasına səbəb həyat yoldaşının ona söylədiyi yalanlar olub: 

"Deyirlər ki, müğənnilər, sənət adamlarının müqəddəs heç nəyi yoxdur. Bunlar gördüyünü sevirlər, gördükləri ilə yaşayırlar, ailə dağıdırlar. Bunlar hamısı mifdir. Çünki hər bir insan buna qadirdir. Sənət adamı sadəcə üzdə olduğu üçün bu kimi şeylər onlara daha çox şamil olunur.

Bir sənət adamının yaşadığı insanı aldatmaq üçün heç nə lazım deyil, "iki vur ikidir". Mənim 18 illik evlilik həyatımda heç bir yanlış hərəkətim və addımım olmayıb. Hər 10 nəfərdən 3-4-ü mənə aşiq olub və mən bunun qarşısını almışam. Çünki sadiq Azərbaycan xanımıyam. Amma məni həyat yoldaşım dəfələrlə aldadıb. Elə insanı isə heç zaman bağışlamaram". 

Proqramın aparıcısı Lalə Azərtaşın "Roza Zərgərli kiminsə ailəsini dağıdıb?" sualına müğənninin cavabı belə olub: 

"Heç zaman heç kimin ailəsini dağıtmamışam. Bəzi insanlar öz xəyallarında bu təklifləri mənə edirlər. Heç kimin hünəri çatmaz desin ki, Roza Zərgərli ailə dağıdıb. Evli kişi mənim yalnız dostum və ya qardaşım ola bilər. Amma mənim ailəm bu səbəbdən dağılıb. Ona görə də bunu heç bir qadına yaşatmaram". 

Lalənin "Hazırda Rozanın həyatında kimsə var?" sualından Roza yayınmağa çalışıb.

Lakin verilişin gedişatında müğənni onun həyatında olmaq istəyən şəxsin bir nəfər olmadığını açıqlayıb:  

"Var, demək də olar, yox da... (gülür). Düşünürəm. Gəl o sualı dəyişdirək belə qoyaq "Həyatımda olmaq istəyən şəxsin şansı varmı?" Onda bu suala cavab olaraq "Hə" deyə bilərəm. Həyatımda bir neçə adam var ki, onlar mənim üçün mübarizə aparırlar. Allah onlardan hansına verəcəksə, onu nəticədə görəcəksiniz. Həyatımda kimsə olsa, onu hamı biləcək. Mənim yalanım, gizlinlərim yoxdur. Həmin insan sözsüz ki, subaydır". 

Qeyd edək ki, Roza Zərgərlinin evliliyindən Bənövşə adlı bir qız övladı var.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO