“Avropa çempionatının açılışında gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən zavallı, şərəfsizə həsr olunur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşdığı videoda yazıb.
Sənətçi bildirib ki, sözügedən görüntülərdə yer alan mahnını oxuduğu üçün Azərbaycan Televiziyasından töhmət alıb:
“Bu mahnını 1988-ci ildə ifa etmişəm. Çəkiliş 1990-cı ilindir. Bundan əvvəlki çəkilişləri ləğv edib silmişdilər. Bu mahnını oxuduğum üçün AzTV-dən töhmət almışdım. Musiqisi Gülərə, sözləri Dəmir Gədəbəyliyə məxsusdur. Videonun üzərində yazılan sözlər isə mənim şeirimdən bir parçadır”.
Rəşad Əliyev, Bizim.Media