Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib.
Bizim.Media-nın məlumatına görə, bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Mühafizəkarlar partiyasının üzvü Bob Bləkmən və Demokratik Unionistlər Partiyasının üzvü Cim Şennondur.
MÖVZU İLƏ BAĞLI:
Xocalı qətliamını bir daha xatırlayaq - FOTOLAR
Bəyanatda deyilir:
“Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş insanların xatirəsini hörmətlə anır və fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümünü anan Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik”.
Bəyanatda, həmçinin uzunmüddətli sülhün əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunur.
Bəyanatla buradan tanış ola bilərsiniz.
Bizim.Media