“Biz Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni vandalizmi aktına münasibət bildirərkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Azərbaycana qarşı TƏXRİBAT: Bayrağımızı yandırdılar - FOTO/VİDEO
“Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar layiqincə cəzalandırılmalıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.
Bizim.Media