“Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “ATV səhər” verilişinə müsahibəsində deyib.
Aktrisa Rusiyada olan “Novodeviçye” qəbristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:
“Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. "Novodeviçye" qəbristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər”.
Qeyd edək ki, A.Bəşirqızı təklifi bir neçə gün əvvəl keçirilən Teatr Forumunda da edib.
Rəşad Əliyev, Bizim.Media