Heydər Əliyevin dünya siyasətində oynadığı rol Rusiya mediasının GÜNDƏMİNDƏ 

Heydər Əliyevin dünya siyasətində oynadığı rol Rusiya mediasının GÜNDƏMİNDƏ 

Hazırda oxunan: Heydər Əliyevin dünya siyasətində oynadığı rol Rusiya mediasının GÜNDƏMİNDƏ 

130741

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Rusiya arasında əlaqələrin inkişafında Heydər Əliyevin rolu” adlı məqalə Sverdlovsk vilayətinin ən çox tirajlı (50 min) qəzeti olan "oblgazeta.ru" da dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalənin müəllifi Azərbaycanın Yekaterinburqdakı baş konsulu Şöhrət Mustafayevdir.

Sözügedən məqalədə Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də regional və dünya siyasətində oynadığı rolundan, o cümlədən, Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən, qarşılaşdığı çətinliklərdən məharətlə çıxması və digər önəmli mövzulardan bəhs olunur.

Konsul həmçinin məqaləsində Ümummilli liderin uzaqgörənliyi və məqsədyönlülüyü sayəsində bilavasitə rəhbərlik etdiyi, uğurlara imza atdığı sahələrdən məlumat verib.

Məqalədə eyni zamanda, Rusiya ilə uğurlu münasibətlərin qurulması və davam etdirilməsini nəzərdə tutan strateji siyasi xəttin müəyyənləşməsi, həmçinin bu siyasi xəttin inkişafı üçün 1997-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsinin imzalanması kimi tarixi faktlar diqqətə çatdırılıb.

Həmin məqaləni oxuculara təqdim edirik:

//www.oblgazeta.ru/society/143967/








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO