Çavuşoğlu Ankaraya gələn misirli həmkarını “TOGG”la iftara apardı

Çavuşoğlu Ankaraya gələn misirli həmkarını “TOGG”la iftara apardı

Hazırda oxunan: Çavuşoğlu Ankaraya gələn misirli həmkarını “TOGG”la iftara apardı

130646

Türkiyə və Misir xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sami Şükri Ankarada görüşüblər. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik münasibətlərin tam bərpası, həmçinin birgə layihələrin həyata keçirilməsi müzakirə edilib. 

Görüşdən sonra mətbuata açıqlama verən Mövlud Çavuşoğlu deyib ki, bundan sonra Liviya mövzusunda daha sıx formada əməkdaşlıq olacaq. Sami Şükri isə Misirin Türkiyə ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. 
Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı ilə ölkənin yerli avtomobili olan “Togg”la nazirliyin rəsmi iqamətgahında təşkil edilən iftar süfrəsinə gedib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO