Zaqatalada şəhid polkovnik-leytenantın xatirəsi anıldı - FOTO

Zaqatalada şəhid polkovnik-leytenantın xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Zaqatalada şəhid polkovnik-leytenantın xatirəsi anıldı - FOTO

130475

Zaqatala rayon Sumayli kənd tam orta məktəbin müəllim kollektivi və bir qrup şagirdi Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abakar Hacıyevin doğum günündə məzarını və ailəsini ziyarət edib, xatirəsini anıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon təhsil sektorundan məlumat verilib. 

Sumaylı məktəbinin şagir və müəllim kollektivinə şəhidin ailəsi ilə görüşdə məlumat verilib ki, polkovnik-leytenant Abakar Hacıyev 2020-ci ilin oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub.    
Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin məzarını ziyarət edən məktəb kollektivinin üzvləri burada vətənpərvərlik ruhunda şerlər ifa edib.  Həmçnin şagirdlərin şəhid haqqında qələmə aldığı esse və inşa yazıları səsləndirilib.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO