Ronaldonun baş məşqçisi istefaya göndərildi

Ronaldonun baş məşqçisi istefaya göndərildi

Hazırda oxunan: Ronaldonun baş məşqçisi istefaya göndərildi

130366

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.  

Belə ki, "Əl-Nəsr"in son vaxtlardakı nəticələri komanda daxilində narazılıq yaradıb. 59 yaşlı mütəxəssislə futbolçuların münasibətləri də korlanıb. 

Bildirilir ki, Qarsiya “Əl Feyha” ilə ötən həftə sonu keçirilən oyundan (0:0) paltardəyişmə otağında futbolçularla mübahisə edib. Bu da klub rəhbərliyinin etirazına səbəb olub. Həmin görüşdən sonra açıqlama verən "Əl-Nəsr"in hücumçuçu Kriştiano Ronaldu Qarsiyadan narazılığını ifadə edib.  
Qeyd edək ki, hazırda “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”dan 3 xal geri qalaraq ikinci yerdədir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO