Niyaməddin Musayev: “Bizneslə məşğul olurdum, qudurmuşdum” - VİDEO

Niyaməddin Musayev: “Bizneslə məşğul olurdum, qudurmuşdum” - VİDEO

Hazırda oxunan: Niyaməddin Musayev: “Bizneslə məşğul olurdum, qudurmuşdum” - VİDEO

130351

“Atam, anam, qardaşım incəsənət aləmindən uzaq insanlar idilər. Qardaşımın çox gözəl səsi vardı. Amma o, heç yerdə oxumurdu. Atam və qardaşım ticarətlə məşğul olurdu. Bizim nəsildə müğənnilik qəbul olunmurdu. İncəsənət universitetinə daxil oldum. Qardaşım öyrənəndə dedi ki, get başqa universitetə daxil ol, artist olacaqsan? Qəbul etmirdilər bunu. Çıxdım universitetdən. Sonra amma yenə gəldim bu sahəyə. Məndən sonra Cabbar, Musa müğənni oldu”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev qonaq olduğu “Söz baz” maqazin verilişində deyib.   

Sənətkar bildirib ki, onun müğənni kimi fəaliyyəti nəsillərində yaxşı qarşılanmayıb və buna görə də zaman-zaman biznes sahəsinə yönəlib: 

“Bir yaşımda olanda atam dünyasını dəyişdi. Məni anam saxlayıb. İlk pulu 8 yaşımda qazanıb, anama verdim. Anam çox kövrəldi. Qardaşım məndən 7 yaş böyük idi. Çətinlik çəkirdik. Sonra qardaşım universitetə girdi, vəzifə sahibi oldu. Bundan sonra maddi vəziyyətimiz yaxşılaşdı. Anam bəy nəslindən olub. O da işləyirdi. Öncə mən seygah oxuyurdum. Geyimim də fərqli idi. Ağsaqqal musiqiçilər gəldi qardaşımdan, anamdan icazə aldılar, toya getdim.  Bu, mənim alın yazımdır. Sonra bizneslə məşğul oldum, toylara getmədim. Ulu Öndər gələndən sonra soruşub ki, haradadır Niyaməddin? Deyiblər, bizneslə məşğul olur. Cavab verib ki, yaxşı oxuyandır, niyə bizneslə məşğul olur? Sonra qayıtdım ifaçılığa. Amma 1989-cu ildə biznesim yaxşı idi, qazanırdım. Bir söz var  “qudurmuşdum”. 60 işçim var idi, oxumağı atmışdım. Çox yaxşı qazanırdım”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO