Füzulidə yeni qurulacaq nəqliyyat ŞƏBƏKƏSİ

Füzulidə yeni qurulacaq nəqliyyat ŞƏBƏKƏSİ

Hazırda oxunan: Füzulidə yeni qurulacaq nəqliyyat ŞƏBƏKƏSİ

130333

Füzuli şəhərinə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq.

Bizim.Media xəbər verir ki, bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

Onun sözlərinə görə, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq:

“İctimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq”.

Eyni zamanda qeyd edilib ki, təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək:

“Şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, M.Füzuli Meydanı, Memorial parkın yaradılması nəzərdə tutulur və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək. Məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO