Polis rəisinin keçmiş müavini, general-mayor Qagik Ambarçumyan və ədliyyə general-mayoru Tatul Petrosyan polis əməkdaşlarına müraciət ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı news.am saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan “Facebook”da yazdı: “Saat 16.00-da meydanda çıxış edəcəm” - VİDEO
Müraciətdə deyilir:
“Hörmətli zabitlər və sıravi polis əməkdaşları. Vətən xainindən qurtarmaq və türkmeylli səlahiyyətlilərin yollarını kəsmək üçün tarixi məqam gəldi.
Ölkənin silahlı qüvvələri bunu başa düşdü, Baş Qərargahın rəhbərliyi dövlət xaininin istefasını kəskin şəkildə tələb etdi.
Hörmətli həmkarlar.
Bu anda əclafın sığındığı yeganə maneə sizsiniz. Tarixi fürsətinizi reallaşdırmağın, kor itaətkarlıqdan çıxmağınızın, cinayətkar və təlxək liderlərin əmrlərini yerinə yetirməməyinizin vaxtı gəldi.
Silahlı Qüvvələrdən nümunə götürün, xalqın tərəfinə keçin, polisin şərəf və ləyaqətini qoruyun.
Beləliklə, əsas dövlət xaininin qan tökmək istəyinin qarşısını alacaqsınız. O, hələ beş mindən çox oğullarımızın qanından doymayıb”.
Bizim.Media