Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:29 / 11.04.2023
Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
Hazırda oxunan: Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
Hazırda oxunan: Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
130190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.