Qubada Pesax bayramı qeyd olunur - FOTO

Qubada Pesax bayramı qeyd olunur - FOTO

Hazırda oxunan: Qubada Pesax bayramı qeyd olunur - FOTO

130164

Dünya yəhudiləri ənənəvi Pesax bayramını qeyd edirlər. Qubanın Qırmızı Qəsəbə sakinləri olan dağ yəhudiləri də bu bayramdan kənarda qalmayıb. 

Bizim.Media xəbər verir ki, bu gün Qırmızı Qəsəbədə Heydər Əliyev parkındakı "Ağsaqqallar" klubunda yəhudilərin Pesax bayramı qeyd olunub.

Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.  

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qubada 20-dən artıq azsaylı xalq və millətin nümayəndələrinin yaşadığını qeyd edib. O, Qırmızı Qəsəbədə dağ yəhudilərini bu bayram münasibəti ilə təbrik edib.  

Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqların öz milli bayramlarını qeyd etməsi üçün bütün imkanlar yaradılır. İcma sədri buna müsbət hal kimi baxdığını bildirib.  

Digər çıxış edənlər də yəhudilərin Pesax bayramının tarixindən danışıblar.  












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO