Xəbər verdiyimiz kimi, bu gün Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Bizim.Media xəbər verir ki, Samir Seyidəhmədli bu təyinata qədər Dövlət Vergi Xidmətində çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə müavin təyin EDİLDİ
S.Seyidəhmədli 2005-ci ildən Vergilər Nazirliyinin strukturunda çalışmağa başlayıb.
O, bir müddət Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru vəzifəsini tutub.
O, 2022-ci il sentyabrın 26-da DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini vəzifəsinə təyinat alıb.
Bizim.Media