Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

13015

Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

11 nəfərin mənzilini bir neçə şəxsə satan şirkət rəhbərinə hökm oxundu


Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilib, həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO