Stilist Anar İcbari Sığorta Bürosundan ŞİKAYƏT etdi: “Belə dərd olmaz” - VİDEO

Stilist Anar İcbari Sığorta Bürosundan ŞİKAYƏT etdi: “Belə dərd olmaz” - VİDEO

Hazırda oxunan: Stilist Anar İcbari Sığorta Bürosundan ŞİKAYƏT etdi: “Belə dərd olmaz” - VİDEO

130140

Dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyev İcbarı Sığorta Bürosuna etirazını ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, Anar sosial şəbəkə hesabında videomüraciət paylaşaraq, sürücülük vəsiqəsi ilə bağlı bir neçə çətinlik çəkdiyini və probleminin qurum tərəfindən həll olunmadığını vurğulayıb. 

“Əziz İcbari Sığorta Bürosu əgər sizin sisteminizdə problem varsa, vətəndaşları içi mən qarışıq yormaq lazım deyil. İkinci-üçüncü dəfədir ki, "ASAN xidmət"ə gəlirəm. Gah deyirsiniz ki, sürücülük vəsiqəm aktiv deyil. Sürücülük vəsiqəm necə aktiv ola bilməz ki, mənə cərimələr gəlir. Gah da deyirsiniz ki, sürücülük vəsiqəm ölkədə müvəqqəti “oturmaq izni”mə bağlı deyil.
Necə bağlı olmaya bilər ki, müvəqqəti yaşamaq vəsiqəm avtomatik olaraq sürücülük vəsiqəmdə bitir. İkisini də eyni anda düzəldirəm. Əgər sistemdə probleminiz varsa, onu dərhal aradan qaldırın,  sonra bizi yorun. Mən axı yoruldum üç dəfə gəlib-getməkdən. İcbari Sığortam bitir, sığortamı uzatmaq istəyirəm. Bu isə beş illik sənəddir, bundan öncə bəs necə uzadırdım?

Hər zaman da uzatmışam. Bu il yeni nələrsə icad etmisiniz, sisteminizdə problem var və artıq üç-dörd gündür bu sənədlərə başım qarışıb. Gedib-gəlirəm ki, sonra icbari sığortam bitəndə mənə cərimə yazılmasın. Zəhmət deyilsə, bununla məşğul olun. Artıq yorulmuşam. Nəsə baş verəndə isə İSB tapmaq mümkün olmur. Bu da təzə çıxıb hər il artırırdım.

Bu  ildə sistemdə görsənmir. Necə görsənmir? Bu sürücülük vəsiqəmlə mənə cərimə yazılır. Sisteminizdə problem var, onun mənə nə aidyyatı var? Mən bir vətəndaş kimi eyni suallarla üç-dörd dəfə "ASAN xidmət"ə yaxınlaşmamalıyam. Belə dərd olmaz.

Sığortanı uzatmaq istəyirsən, "ASAN xidmət"ə yaxınılaşmalısan. İcbari sığorta bitəndə 20 gün ərzində uzatmalısan ki, 50 manat cərimə gəlməsin”, - deyə Anar qeyd edib.   

Məsələsini həll etmək üçün A.Ağakişiyev İcbarı Sığorta Bürosuna zəng vursa da, qurum telefon zənglərini cavabsız qoyub.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO