Gözlənilən oldu: Ermənistan ordusu Paşinyana qarşı çıxdı

Gözlənilən oldu: Ermənistan ordusu Paşinyana qarşı çıxdı

Hazırda oxunan: Gözlənilən oldu: Ermənistan ordusu Paşinyana qarşı çıxdı

13012

Bizim.Media “Sputnik Armenia” saytına istinadən məlumat verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edən bir açıqlama yayıb. 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının bəyanatı qərargah rəisi Onik Qasparyan da daxil olmaqla Baş Qərargahın bütün rəhbərliyi, eləcə də böyük hərbi birləşmələrin komandirləri və bütün idarələrin rəhbərləri tərəfindən imzalanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Tiran Xaçatryanı iti qovan kimi qovdu


Açıqlamada Baş Qərargahın ölkə rəhbərliyinin əsassız addımlarına, xüsusən də Tiran Xaçatryanın vəzifədən çıxarılmasına qarşı kəskin etirazlarını ifadə etdiyi bildirilir.

Hərbçilər hesab edirlər ki, Tiran Xaçatryanın istefası qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib.

"Belə çətin vəziyytədə belə bir qərar dövlət əleyhinə və məsuliyyətsiz bir addımdır" deyilir.

Bəyanatda bildirilir ki, Ermənistan Baş naziri və hökuməti indiki kritik məqamda artıq adekvat qərarlar qəbul edə bilmirlər. 

"Ermənistan silahlı qüvvələri uzun müddət mövcud hakimiyyətin orduya qarşı hücumlarına səbirlə dözüblər, lakin hər şeyin bir həddi var.

Ermənistan silahlı qüvvələri öz vəzifələrini şərəflə yerinə yetirib. Mövcud hakimiyyət orqanlarının uğursuz rəhbərliyi və xarici siyasətdəki ciddi səhvlər ölkəni ölüm həddinə gətirib çıxarıb", deyə qeyd olunub.

Mövcud vəziyyətə əsaslanaraq Silahlı Qüvvələr Baş nazir və hökumətin istefasını tələb edir, eyni zamanda oğulları Vətəni müdafiə edərək həlak olan insanlara qarşı güc tətbiq olunmaması barədə xəbərdarlıq edirlər. Ordu hər zaman xalqın yanında olduğu kimi, xalq da ordunun yanında olduğunu qeyd ediblər.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO