Suqovuşana qanunsuz yollarla getmək istəyən 3 nəfər saxlanıldı 

Suqovuşana qanunsuz yollarla getmək istəyən 3 nəfər saxlanıldı 

Hazırda oxunan: Suqovuşana qanunsuz yollarla getmək istəyən 3 nəfər saxlanıldı 

13010

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə qanunsuz ovçunu tutdular


Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, fevral 23-də axşam saat 11 radələrində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO