Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt İrəvanın bir neçə küçəsini bağlayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan polis rəislərini Qarabağla təhdid etdi
Mənbə yazır ki, 17 siyasi partiyanın formalaşdırdığı “Vətənin Xilası Uğrunda Hərəkat”ın tərəfdarları İrəvanınVerin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar.
Onlar “Nikolsuz Ermənistan!” şüarını səsləndirərək küçələri avtomobil və “canlı divar”la kəsiblər. Şəhərin başqa küçələrində də oxşar aksiyalar keçirilib.
Aksiya iştirakçıları bir müddət sonra küçələri açıblar.
Bizim.Media