Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılaşan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda həyəcanlı anlar: Sürücü avtomobili ilə polisdən qaçmağa çalışdı - VİDEO
Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.
Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.
DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyevin verdiyi məlumata görə, sürücünün 20 yaşı var, tələbədir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media