Zelenski bu tarixdə Almaniyaya gedəcək - SƏBƏBİ AÇIQLANDI

Zelenski bu tarixdə Almaniyaya gedəcək - SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Zelenski bu tarixdə Almaniyaya gedəcək - SƏBƏBİ AÇIQLANDI

129738

Ukrayna prezidenti Volodimir Zelenski may ayında Almaniyanın Axen şəhərinə səfər edəcək. Onun bu şəhərdə Böyük Karl mükafatına layiq görülməsi planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, informasiyanı Bild nəşri yazıb.

Xatırladaq ki, Böyük Karl mükafatı şəxslərə Avropanın birləşməsinə verdiyi töhfələrə görə verilir. Bu il mükafatı Volodimir Zelenskiyə və Ukrayna xalqına vermək qərarına gəliblər.
Qərarın əsaslandırmasında bildirilir ki, ukraynalılar təkcə öz ölkələrini deyil, həm də “Avropa və Avropa dəyərlərini” müdafiə edirlər.

Axendə keçirilən mükafatlandırma mərasimində kansler Olaf Şolz nitq söyləyəcək. Zelenskinin Axenə şəxsən gələcəyi planlaşdırılır.

Bu, onun Almaniyaya müharibə başlayandan bəri ilk səfəri olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO