İranda etiraz dalğası böyüyür - Dirəklərə Azərbaycan bayrağı asıldı

İranda etiraz dalğası böyüyür - Dirəklərə Azərbaycan bayrağı asıldı

Hazırda oxunan: İranda etiraz dalğası böyüyür - Dirəklərə Azərbaycan bayrağı asıldı

129737

İranın Tehran, Sistan və Bəlucistan, Xuzistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib.
 

MÖVZU İLƏ BAĞLI:

İranda hicabsız qadınlar bu üsulla izləniləcək


“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!”, Bu il qan ilidir, Seyid Əli devrilməlidir! və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər. Müxtəlif şəhərlərdə divarlara İİR əleyhinə şüarlar yazmaq trendi davam edib.

Tehran əyalətində etiraz edən qızı həbs etməyə çalışan mülki geyimli zabit xalq tərəfindən şiddətlə döyülüb.

Tehran şəhərinin Ziba, Baqeri bölgəsində etirazlar davam edib, hökumət və Xamenei əleyhinə şüarlar səsləndirilib. Çitgər bölgəsində üsyançılardan biri Xameneiyə səslənərək deyib: “Hamımız od altında küllərik, bu küllərin yenidən alovlanmasını gözləyin!”

Xuzistan əyalətinin Behbahan şəhərində etirazçı gənclər divarlara şüarlar yazıblar: “Qatil Xameneiyə ölüm!” “Qisas gününə heç nə qalmayıb!”

Sistan və Bəlucistan əyalətində üsyançı gənclər şüar yazma kampaniyasına uyğun olaraq kağızlara şüarlar yazıb videosunu dərc edərək virtual məkanda yayımlayıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO