Naxçıvanın daxili işlər orqanlarına 10 yeni xidməti avtomobil TƏQDİM EDİLDİ - VİDEO

Naxçıvanın daxili işlər orqanlarına 10 yeni xidməti avtomobil TƏQDİM EDİLDİ - VİDEO

Hazırda oxunan: Naxçıvanın daxili işlər orqanlarına 10 yeni xidməti avtomobil TƏQDİM EDİLDİ - VİDEO

129670

Son illər ölkəmizdə polis orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də işlər davam etdirilir.  

Bizim.Media xəbər verir ki, bu işlərin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtomobil təqdim olunub. 

Qeyd edək ki, Post Patrul Xidmətinin günün tələblərinə uyğun təşkili məqsədilə xidmət əməkdaşlarına verilən “Fiat Doblo” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir interyerə malik avtomobillərin hər biri ən yeni kamera sistemləri, tetra rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir. 

Yeni xidməti avtomobillər təyinatı üzrə bölmələrə təhvil verilib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO