TÜRKSOY ölkələrinin nümayəndələri ŞUŞADA – FOTO 

TÜRKSOY ölkələrinin nümayəndələri ŞUŞADA – FOTO 

Hazırda oxunan: TÜRKSOY ölkələrinin nümayəndələri ŞUŞADA – FOTO 

129621

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında iştirak edən xarici nümayəndə heyəti Şuşa şəhərinə gəlib. 

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bu gün Qafqazın mirvarisi olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçiriləcək və iclasın yekun bəyanatı elan olunacaq. 

Nümayəndə heyətinə TÜRKSOY baş katibinin müavini, Macarıstanın Azərbaycandakı səfiri, həmçinin 10 Afrika ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri daxildir. 

Səfər zamanı xarici qonaqlar işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları, bərpa işləri, eləcə də Şuşa şəhərinin təbii gözəlliyi ilə də tanış olacaqlar. 

Qeyd edək ki, ötən gün Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclası keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO