Qəbələdə əmək yarmarkası təşkil olunacaq

Qəbələdə əmək yarmarkası təşkil olunacaq

Hazırda oxunan: Qəbələdə əmək yarmarkası təşkil olunacaq

129602

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Peşə Təhsil Mərkəzindən məlumat verilib.  

Bildirilib ki, aprelin 11-də keçirilməsi nəzərdə tutulan yarmarkada Qəbələ rayonu üzrə 15 müəssisə tərəfindən 160-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. 

Əmək yarmarkası şirkətlərə gənc, peşə təhsilli peşəkarları və potensial işçiləri tapmağa, həmçinin gənclərə iş əldə etmək məqsədi daşıyır.  

Əmək yarmarkası sonuncu kurs tələbələrinə və işsiz gənclərə açıqdır. Onlara əmək bazarında lazım olan bacarıqlar öyrədiləcək və eyni zamanda öz karyera hədəflərini təyin etməyə köməklik ediləcək. 

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO