İtaliyada Xocalı soyqırımını pisləyən sənəd qəbul edildi

İtaliyada Xocalı soyqırımını pisləyən sənəd qəbul edildi

Hazırda oxunan: İtaliyada Xocalı soyqırımını pisləyən sənəd qəbul edildi

12960

İtaliyanın Neapol şəhərinin Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadaki səfirliyi məlumat yayıb.
Bildirilib ki, sənədin preambula hissəsində Liveri bələdiyyəsi tərəfindən 2020-ci ilin noyabr ayında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinin pislənilməsi, BMT TŞ-nın və Baş Assambleyasının müvafiq qətnamələrininin dərhal həyata keçirilməsinə dair İtaliya hökumətinə müraciət sənədinin qəbul edildiyi xatırladılır.
 

MÖVZU İLƏ BAĞLI:

“Xocalı abidəsi”nin ətrafına 70 mindən çox gül əkilib - Ziyarətə icazə verildi - RƏSMİ


Həmçinin “Human Rights Watch” təşkilatına istinadən Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “ən böyük və ən dəhşətli qətliam” olduğu, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən isə Xocalıda mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımın müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağır əməllər kimi qiymətləndirildiyi diqqətə çatdırılır.

Sənəddə 25-26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub.

Sənədin sonunda insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımının İtaliyanın aidiyyəti rəsmi qurumları tərəfindən tanınmasına çağırış edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO