Baş nazir qazaxıstanlı nazirlə ticarət-iqtisadi məsələləri MÜZAKİRƏ ETDİ 

Baş nazir qazaxıstanlı nazirlə ticarət-iqtisadi məsələləri MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Baş nazir qazaxıstanlı nazirlə ticarət-iqtisadi məsələləri MÜZAKİRƏ ETDİ 

129526

Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən bildirilib. 

Məlumata görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər. 

Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO