Azərbaycanda notariusun bu xidməti pulsuz OLACAQ

Azərbaycanda notariusun bu xidməti pulsuz OLACAQ

Hazırda oxunan: Azərbaycanda notariusun bu xidməti pulsuz OLACAQ

129471

Azərbaycanda sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Notariat haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. 

Hazırda notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxslər tərəfindən ödənilir.

Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə sosial xidmət müəssisələrinin müdiriyyətinin etibarnamə vermə səlahiyyəti məhdudlaşdırıldığından və notarius xidmətinə ehtiyacın yarana biləcəyindən qanuna müvafiq dəyişiklik edilməsi zərurəti yaranır. 

Belə ki, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. Notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz. 

Qeyd edək ki, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən Azərbaycanda əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri ləğv edilir. 
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO