Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün rəsmi namizəd oldu

Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün rəsmi namizəd oldu

Hazırda oxunan: Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün rəsmi namizəd oldu

129312

Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb. 

Bizim.Media hürriyet.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb.

Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq.  

Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var.

UEFA Avro-2028 və Avro-2032-yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq. 

Qeyd edək ki, növbəti Avropa çempionatı - Avro-2024 Almaniyada keçiriləcək. Türkiyə ev sahiblii üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO